Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti, AKP lideri Rəcəb Teyyub Ərdoğan bu gün Bakı saatı ilə 12.53-də vətəndaşlıq borcunu yerinə yetirib. Dövlət başçısı İstanbulun Üsküdar rayonunda Saffet Çebi Məktəbində səs verib.
Yenisabah.az xəbər verir ki, R.T.Ərdoğan seçki məntəqəsinə xanımı Əminə Ərdoğanla birlikdə gəlib. O, səsvermə otağına gedərkən dəhlizdə qarşılaşdığı uşaqlara jest edib. Cibindən bir dəstə pul çıxaran ölkə prezidenti ətrafdakı uşaqların hər birinə 200 türk lirəsi bağışlayıb. Ərdoğanın bu hərəkəti maraqla qarşılanıb.
Türkiyə prezidenti səsvermənin gedişini dəyərləndirib. Ərdoğan təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğunu, hər hansı insidentin baş vermədiyini bildirib. AKP lideri seçicilərə səslənərək, onları saat 17:00-a kimi seçki məntəqələrinə gələrək səs vernməyə çağırıb. pizza hut
ƏSMƏTXANIM
Telegram kanalımız