Ərdoğan müxalifətçi deputatı məhkəməyə verdi 

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan müxalifətçi deputatı məhkəməyə verdi 

Siyasət

26 Avqust 2024 14:06 359


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) İzmirdən olan millət vəkili Tuncay Özkanı məhkəməyə verib. 

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə liderinin vəkili Hüseyin Aydın açıqlayıb. 

Onun sözlərinə görə, Ərdoğan Özkandan 250 min lirə mənəvi təzminat tələb edir. Bildirilir ki, buna səbəb CHP-li deputatın Ərdoğanın ünvanına əsassız və nalayiq ifadələr səsləndirməsi olub.  Dominos pizza

H.Aydın, həmçinin qeyd edib ki, Ankara Baş Prokurorluğuna Özkana qarşı “Prezidenti təhqir etmək” ittihamı ilə şikayət ərizəsi təqdim edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!