Ərdoğan Putinlə Qarabağdakı PKK-çılardan danışıb

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Putinlə Qarabağdakı PKK-çılardan danışıb

Siyasət

28 Oktyabr 2020 15:47 1048


“Siz Suriyadan Azərbaycana muzdlu döyüşçülər göndərirsiniz” deyirlər. Mən də cənab Prezidentə dedim ki, Ermənistan 2000 nəfərə yaxın PKK/YPG üzvlərini 600 dollara döyüşlərə cəlb edib”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığının detallarını açıqlayarkən deyib. 

Türkiyə Prezidenti əlavə edib ki, Putin PKK/YPG üzvlərinin Ermənistan tərəfdən döyüşməsindən xəbərsiz olduğunu deyib. “Mənim xəbərim yoxdur” dedi. Bunun üstünə düşmək, buna görə addımlar atmaq lazımdır. Cənab Putininin PKK/YPG-yə üz verəcəyini ehtimal etmirəm, amma Paşinyana deməsi gərəkdir ki, lazımi tədbirlər görüləcək”, - deyə Ərdoğan vurğulayıb. pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!