Ərdoğan: “Ronaldo Səudiyyə Ərəbistanında oynayacaq”

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan: “Ronaldo Səudiyyə Ərəbistanında oynayacaq”

İdman

26 Dekabr 2022 10:42 796


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan portuqaliyalı futbolçu, hazırda azad agent statusu daşıyan Kriştiano Ronaldonun gələcəyi barədə danışıb. 

Yenisabah.az goal.com-a istinadən xəbər verir ki, o, 37 yaşlı hücumçunun karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirəcəyini bildirib. 

“Mənə çatan məlumata görə, Ronaldo karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirəcək”.  Marqarita pizza

Qeyd edək ki, son günlər Ronaldonun "Əl-Nəsr"lə razılaşdığı barədə xəbərlər yayılıb. Tərəflərin 2030-cu ildədək müqavilə üçün anlaşdığı yazılır. Ronaldonun 2,5 il futbolçu kimi çıxış edəcəyi, bundan sonra klubun  səfiri olacağı bildirilirdi. Forvardın son klubu "Mançester Yunayted" olub. O, ötən ay İngiltərə təmsilçisindən ayrılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!