Ərdoğan Trampla görüşdən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Trampla görüşdən danışdı

Dünya

07 Sentyabr 2019 19:36 1122


“Bir neçə gün əvvəl qeyd etdiyim kimi, Suriya ilə sərhəddə təhlükəsiz bölgə ilə bağlı şərtlərimiz qəbul olunmasa, qaçqınlar üçün Avropanın qapılarını açmaqdan başqa çarəmiz qalmayacaq”.

“Yeni Sabah” Türkiyə KİV-nə istinadən xəbər verir ki,  bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Eskişəhər təşkilatında çıxışı zamanı deyib.

O bildirib ki, ABŞ tərəfindən Suriyanın şimalına, PYD/YPG terror təşkilatına yük avtomobilləri ilə silah-sursat göndərilir: “Bu yük avtomobillərinin sayı 30 mindən çoxdur. PYD/YPG terror təşkilatı kiminlə müharibə aparacaq?! Onların müharibə aparacağı yeganə ölkə Türkiyədir. Biz buna səssiz qala bilmərik”. pizza hut

Türkiyə Prezidenti bu ay keçiriləcək BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla da görüşəcəyini vurğulayıb. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!