Ərdoğan: Ümid edirəm ki, İrəvanla Bakı arasında sülh sazişi tezliklə bağlanacaq

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan: Ümid edirəm ki, İrəvanla Bakı arasında sülh sazişi tezliklə bağlanacaq

Siyasət

12 İyul 2024 10:56 578


Türkiyə Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə bağlanacağına ümid edir.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

“Ankara İrəvanla Bakı arasında saziş imzalamağa və sülhün bərqərar olmasına sadiqdir. Biz bu barışığı ən qısa zamanda görmək istəyirik. Ermənistanın baş naziri Nikol Paşinyanla görüşlərimizdə bu istiqamətdə müsbət addımların olduğunu görürük”, – deyə Ərdoğan vurğulayıb. Marqarita pizza

Prezident qeyd edib ki, Azərbaycan lideri “münaqişənin həlli üçün müsbət addımları” dəstəkləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!