Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson telefon danışığı zamanı Dağlıq Qarabağdakı hərbi münaqişəni müzakirə ediblər.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.
“Müzakirələr zamanı regional məsələlər, xüsusilə Ermənistanın Azərbaycana hücumlarının yaratdığı gərginlik müzakirə edilib. R.T. Ərdoğan bölgədəki sülh və sabitlik üçün Ermənistanın öz qoşunlarını işğal altında olan Dağlıq Qarabağdan və ətraf rayonlardan çıxarmalı olduğunu vurğulayıb”, – Türkiyənin Prezident Administrasiyasının yaydığı məlumatda yazılıb. Dominos pizza
Həmçinin, R.T. Ərdoğan və B. Conson Şərqi Aralıq dənizindəki hadisələri və Türkiyə ilə Yunanıstan arasındakı gərginliyi müzakirə edib.
Telegram kanalımız