Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, o, Xocalı qurbanlarını dərin hüzn və ehtiramla yad etdiyini bildirib.
Prezident qeyd edib ki, bu faciə Azərbaycan xalqının yaddaşında silinməz iz buraxıb. Pepperoni pizza
“Xocalı soyqırımının 34-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə və hüznlə yad edir, dost və qardaş Azərbaycan xalqına başsağlığı verirəm. Acısını hər zaman qəlbimizin ən dərinliklərində hiss edəcəyimiz bu insanlıqdan kənar qətliamı heç vaxt unutmayacağıq”, Ərdoğan paylaşımında bildirib.
Türkiyə Prezidenti həmçinin vurğulayıb ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da qardaş ölkə ilə həmrəylik davam edəcək.
Telegram kanalımız