Ərdoğanı təhqir edən idmançının lisenziyası ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğanı təhqir edən idmançının lisenziyası ləğv olundu

İdman

08 Fevral 2022 13:05 727


Türkiyəli keçmiş üzgüçü Dərya Büyükuncunun saxlanılması barədə qərar verilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə dw.com məlumat yayıb. Belə qərarın verilməsinə səbəb idmançının koronavirusa yoluxan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan haqqında təhqir dolu paylaşım etməsidir. İstanbul Baş Prokurorluğu Dərya Büyükuncu haqqında saxlanılma qərarı çıxarıb.

Həmçinin Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu sabiq üzgüçünün lisenziyanın ləğv olunduğunu bildirib. pizza sifarişi

Qeyd edək ki, Dərya Büyükuncu dünya və Avropa çempionatının bürünc mükafatçısıdır. O, 4 dəfə FİNA Dünya Kubokunun qalibi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!