Ərəblər “Liverpul“a müştəri çıxdılar

saytların hazırlanması

Evə çatdırılma

Ərəblər “Liverpul“a müştəri çıxdılar

İdman

16 Yanvar 2023 14:24 797


Qətər təmsilçiləri ABŞ-ın "Fenway Sports Group" şirkəti tərəfindən satışa çıxarılan İngiltərənin "Liverpul" futbol klubunun səhmlərini ala bilərlər. 

Yenisabah.az xəbər verir ki, bu barədə qətərli jurnalist Məhəmməd Səid Əl-Kaabi məlumat yayıb. 

“Liverpul Futbol Klubunun alınması Qətər üçün əsas prioritetdir. Ölkə bunda çox maraqlıdır. Lakin hazırda sövdələşmə tamamlanmayıb. Gəlin, yaxın bir neçə gün ərzində nə baş verəcəyini gözləyək”, - deyə o qeyd edib.  pizza mizza

"Fenway Sports Group"un sahibi olan Con Henri 2010-cu ildə "Liverpul"u satıb alıb. Onun rəhbərliyi dövründə klub Çempionlar Liqasının (2019) və Premyer Liqanın (2020) qalibi olub. Hazırda "Liverpul" hazırda Premyer Liqada 18 matçdan sonra 28 xalla 9-cu pillədə qərarlaşıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!