Ərəblər Messiyə fantastik təklif hazırlayıb

saytların hazırlanması

Evə çatdırılma

Ərəblər Messiyə fantastik təklif hazırlayıb

İdman

03 May 2023 17:26 932


PSJ-nin futbolçusu Lionel Messi yay transfer pəncərəsində Fransa klubunu tərk etməyə yaxındır. 

Qol.az “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, argentinalı hücumçu Səudiyyə Ərəbistanına icazəsiz səfərindən daha əvvəl PSJ-dən ayrılmaq barədə düşünüb. Paris təmsilçisi Messi ilə müqaviləni yeniləməyəcək və futbolçu özü də klubunu dəyişməsini istəyir.

Ona Səudiyyə Ərəbistanından ciddi maraq var. Səudiyyə Ərəbistanı hökumət Lionelə futbol tarixindəki ən böyük müqaviləni təklif etməyə hazırdır. Argentinalı futbolçu bu fantastik təklifi qəbul etsə, Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr”in əzəli rəqibi "Əl-Hilal”da oynayacaq. pizza

Messinin "Barselona"ya qayıdacağı ilə bağlı xəbərlər də yayılmaqdadır.

Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsi bu ilin yayı başa çatır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!