“Ərimə yeməyi başqaları bişirir” – Xalq artisti

saytların hazırlanması

Evə çatdırılma

“Ərimə yeməyi başqaları bişirir” – Xalq artisti

Şou

18 Sentyabr 2021 12:10 2998


“Mən, ümumiyyətlə, yemək bişirməyi sevmirəm. Evin son beşiyi olmuşam. Buna görə də həmişə bacılarım yemək bişiriblər”.

Yenisabah.az xəbər verir ki, bunu Xalq artisti Brilliant Dadaşova "Günün sədası" verilişində qonaq olarkən deyib. 

O, pandemiya müddətində yemək bişirməyə başladığını deyib: pizza mizza

“Pandemiya vaxtı tək qaldıq. Köməkçilər gələ bilmədi. Beləlikə, son vaxtlar yemək hazırlamağa başladım. 5 il olar bir dəfə belə də ət yemədim. Amma sonra artıq yeməyə başladım. Mən ətə yağ vurmuram, öz yağında bişirirəm. Evdə sadəcə özüm üçün yemək hazırlayıram. Ərimə yemək bişirmirəm. O, yediyim yeməkləri xoşlamır. Qızlar ona ayrıca xörək hazırlayırlar. O, əti pomidor, soğanla qızardılmış halda xoşlayır. Mən isə elə yeməyi sevmirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!