“Erməni iştahası onlara baha başa gələcək” -   Politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Erməni iştahası onlara baha başa gələcək” - Politoloq

Siyasət

23 Oktyabr 2020 15:23 983


"Əvvəlki status-kvonun mövcud olmadığı, təmas xəttinin dağıdıldığı bir vaxtda danışıqlar yeni çalarlar alır və əgər müharibə başlayana qədər 30 il ərzində ölkəmiz Dağlıq Qarabağdakı ermənilərə bir çox güzəştlərə getməyə hazır idisə, Nikol Paşinyanın danışıqları pozması və razılaşdırılmış sənədləri qəbul etməməsindən sonra vəziyyət başqa xarakter alır. Artıq təmas xəttinin olmadığı, ətraf rayonların bir hissəsinin ordumuz tərəfindən işğaldan azad edildiyi bir vaxtda Azərbaycanın Ermənistana verə biləcəyi ən yaxşı şans tez bir zamanda təcili şəkildə erməni silahlılarının torpaqlarımızı tərk etməsidir. Bu isə o deməkdir ki, indiki halda Ermənistan rəhbərliyi xüsusilə daha məntiqli və məsuliyyətli davranaraq işğal edilmiş əraziləri boşaltmalıdır".

Yenisabah.az xəbər verir ki, bu barədə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.

Politoloq qeyd edib ki, işğalçılar ərazilərimizi boşaltmayacağı təqdirdə, Azərbaycan Ordusu özü torpaqlarımızı erməni yaraqlılarından təmizləməyə davam edəcək: pizza sifarişi

"Və, o zaman, Dağlıq Qarabağdakı ermənilərin və Ermənistanın Azərbaycandan istəyəcəyi heç nə Bakı tərəfindən qəbul edilməyəcək. Daha doğrusu, rədd ediləcək. Çünki sülh vaxtı münaqişə tərəfləri arasındakı razılıqlarla müharibədən sonrakı danışıqları bir tutmaq olmaz. Burada biz bir daha Prezident İlham Əliyevin prinsipial mövqeyini görməkdəyik. Dünənə qədər Azərbaycana öz aləmində meydan oxumaq istəyən, “Qarabağ Ermənistandır və nöqtə” deyə sərsəm bəyanatlar verən Nikol Paşinyan apardığı siyasətin erməni xalqına nə dərəcədə ciddi zərbə vurmuş olduğunu yaxın vaxtlarda görəcək. Ona görə nə qədər gec deyil Paşinyan və komandası Azərbaycanın cəmi bir şərtini qəbul etməlidir. Əks təqdirdə erməni iştahası onlara baha başa gələcək".

 

Siyasi şərhçi qeyd edib ki, bu gün döyüşlərin getdiyi, ölkəmizə qarşı beynəlxalq təzyiqlərin olduğu bir vaxtda Azərbaycan öz mövqeyində qətidir:

"Ermənistan ordusu bütün Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməlidir. Görünən odur ki, istər diplomatik sahədə, istərsə də Qarabağda ciddi fiasko ilə üzləşən Ermənistanın keçmiş və indiki hərbi-siyasi elitası Ermənistan dövlətinə necə ciddi zərbə vurduqlarını yaxın vaxtlarda başa düşəcəklər. Erməni əsilli kinorejissor Şahnazarovun başa düşdüyü kimi. Karen Şahnazarov etiraf edib ki, Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi məsələsi mümkün deyil. Artıq bəzi rasional düşüncəyə malik ermənilər və indiyə qədər bölgədə ermənilərin vasitəsilə öz geosiyasi maraqlarını həyata keçirən güclər də başa düşürlər ki, Qarabağın Azərbaycanın olması ilə barışmaq lazımdır".

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!