Irəvan-Meğri dövlətlərarası avtomobil yolunun açılması ilə bağlı etirazçı kəndlilərlə uzun danışıqlar nəticə vermədikdən sonra erməni polisi yolu zor gücünə açmağa nail olub.
Yenisabah.az xəbər verir ki, “Armenian Report” nəşrinin yaydığı məlumata görə, mütəmadi olaraq bəhs edilən yolu bağlayan Ararat mərzinin üzümçülük təsərrrüfatlarının sahibləri bu gün - sentyabrın 9-da yenidən yolu bağlayıblar.
Etirazçılar müəssisələrdən üzüm məhsulunu tam olaraq almağı və hər kiloqram üçün hazırkı 120-130 dram (təxm. 40-44 qəp.) əvəzinə 150 dram(təxm. 50 qəp.) ödəməyi tələb edibər. pizza
Saatlarla davam edən danışıqlardan sonra etirazçılar hökumət nümayəndələrinin şərtləriylə razılaşmadıqlarından polisə Meğri yolunu zor gücünə açmaq göstərişi verilib./Moderator.az
Telegram kanalımız