Qərb və Ermənistan mətbuatında son zamanlar Qarabağdan gedən ermənilərin yenidən Xankəndi və ətraf ərazilərə qayıdacağı ilə bağlı xəbərlər dolaşır. Bu mövzu təkcə mətbuatda deyil, bir sıra siyasilərin də gündəmindədir.
Fransanın Ermənistandakı səfiri Olivier Dekotini yenidən anti-Azərbaycan mövqeyi ilə fərqlənib. O, Qarabağı könüllü tərk etmiş ermənilərin “geri qayıtmaq hüququnu” xatırladıb. Bu barədə fransız diplomat öz sosial media səhifəsində yazıb.
Bəs görəsən, son vaxtlar Qarabağ ermənilərinin Azərbaycan ərazilərinə yenidən qayıdışı mövzusu niyə aktuallaşıb? pizza hut
Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, bu sadəcə Qərbin Azərbaycana qarşı tez-tez istifadə etdiyi ənənəvi tezislərdən biridir:
“Bu məsələ sırf Azərbaycana qarşı olan tezislərdir və heç də yeni mövzu deyil. Diqqət etsək, 44 günlük müharibədən sonra, xüsusən də Qərb platformalarında aparılan danışıqların əsas tezisləri Qarabağ ermənilərinin hüquqlarının qorunması və təhlükəsizliyinin təmini üçün beynəlxalq mexanizmlərin yaradılması idi. Bu o deməkdir ki, Azərbaycanın ərazilərində hansısa beynəlxalq mandatla hərbi qüvvələr yerləşdirilməli və guya onlar Qarabağda yaşayan ermənilərin təhlükəziliyini təmin etməlidir. Təbii ki, Azərbaycan bunu heç vaxt qəbul etməyəcək və o zaman da qəbul etmirdi. Birincisi, bu Azərbaycan Konstitusiyasına ziddir. İkincisi, Azərbaycan öz ərazilərini azad edərək, yeni reallıqlar yaradıb”.
Politoloq bu məsələdə ən çox ABŞ və Fransanın maraqlı olduğunu diqqətə çatdırıb:
“Digər tərəfdən, onsuz da Azərbaycan Qarabağda yaşamış ermənilərin burada qalması üçün bütün imkanlarını səfərbər edib. Bu istiqamətdə müəyyən danışıqlar və görüşlər də təşkil olunub. Ermənilərin qarşısında qoyulan əsas tələb, Azərbaycan qanunlarını qəbul etmək və konstitusion qaydada burada yaşamaqdır. Bununla bağlı atılan addımlardan biri də portalın yaradılması olub. Azərbaycan bu şərtlər altında yaşamağı qəbul edən ermənilərin təhlükəsizliyi ilə bağlı ən yüksək səviyyədə təminat verdiyini bəyan edib. Buna baxmayaraq, ABŞ, Fransa kimi Qərb ölkələri Qarabağda yaşayan erməniləri köçməyə təşviq etməklə belə bir president yaratmağa çalışdılar ki, guya gələcəkdə Kosovo modeli tətbiq olunacaq və beynəlxalq qüvvələrin nəzarəti altında onlar geri qaytarılacaq. Azərbaycan bunu qəbul etmir və dəfələrlə bəyan edib ki, konstitusiya qanunları çərçivəsində yaşamaq istəyən hər bir Qarabağ ermənisi köçüb burada yaşaya bilər. Hazırda Qərb və erməni mətbuatında səslənən bəyanatlar sadəcə Azərbaycana qarşı təzyiq elementləridir. Xüsusən, biz COP29 öncəsi bu tip bəyanatları daha çox eşidəcəyik. Amma bunların heç birinin Azərbaycanın mövqeyinə ciddi təsiri ola bilməz”.
Nazim Hacıyev
Telegram kanalımız