Ermənilər Qarabağa qayıdır - “Mən və ailəm...” 

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Qarabağa qayıdır - “Mən və ailəm...” 

Rəsmi

29 Oktyabr 2023 09:04 36971


Növbəti addımımız aşağıdakılardan ibarət olmalıdır: biz Qarabağdan çıxan sakinlərin qayıdışı ilə bağlı məsələləri həll etməliyik. 

Axar.az xəbər verir ki, bu sözləri Qarabağdakı keçmiş qondarma qurumun keçmiş “prezidenti” Samvel Şahramanyan deyib.

“Bu, bizim gündəliyimizdəki məsələlərdən biridir və biz müzakirələrə başlamalıyıq, bu problemin həlli yollarını axtarmalıyıq”, - Şahramanyan bildirib. pizza mizza

Şahramanyan “hansı statusla qayıtmaqdan söhbət gedir” sualına bu cür cavab verib:

“Bu, müzakirə, danışıqlar məsələsidir. Əhalinin qayıtmasında müxtəlif siyasi mərkəzlər maraqlıdır - avropalı, amerikalı, rus. Mənə elə gəlir ki, Azərbaycan da bunda maraqlıdır. Çünki beynəlxalq ictimaiyyətdən onların əhalimizin məcburi köçkünlüyünə töhfə verməsi ilə bağlı ittihamlar var”.

Özünün geri qayıdıb-qayıtmayacağı ilə bağlı isə Şahramanyan bildirib:

“Mənim Qarabağın statusunun necə olması barədə öz fikirlərim var ki, həm mən, həm də ailəm qayıda bilsin. Qayıtmağım barədə danışmaq hələ tezdir, çünki qarşıda bizi çox iş gözləyir. Əgər yaxın gələcəkdə belə bir format yarada və məsələni müzakirə mərhələsinə çıxara bilsək, təbii ki, bu barədə ictimaiyyətimizlə danışacağıq. Hazırda belə bir proses yoxdur. Bununla belə, mən bu prosesə yaxın gələcəkdə başlamaq üçün ilkin şərtlər görürəm”.

S.Şahramanyan eyni zamanda Qarabağ ermənilərinə çağırış edərək, onları Ermənistanda yaşayıb-yaratmağa çağırıb: “Ermənistanın bizim Vətənimiz olduğunu unutmayın”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Hüseyn
    Ermənilər hara gedirsən get sizlər qaraçı kimi bir şeydi tələsməyin yerəvanadı inşallah alaraq.!!!
    3 years ago
  • Azər
    Bu Şahramanyana niyə istər İnformasiya sahəsindən, istər XİN-dən və s əsaslı cavab verən yoxdur? Ona cavab vermək lazımdırki sən özün qondarma "Arsaxı" buraxdın və bunu rəsmən elan etdin. Bundan sonra hansı statusdan danışa bilərsən? Ümumiyyətlə qondarma rejim getdi gedər gəlməzə, Ermənistana gedəndən sonra hansısa geri zəkalı nə isə deyibsə, bu o demək deyilki absurd fikirləri dilə gətirmək, səsləndirmək olar! Bu millət düzəlmək istəmir!
    3 years ago
  • Röyal
    Qazilərə can sağlığı versin şəhid qardaşlara Allah rəhmət eləsin məkanı cənnət olsun amin inşallah
    3 years ago
  • Şəmsəddin
    Erməninin Qarabağa qayıtması Azərbaycanın gələcəyi üçün böyük təhlükələrə yenidən şərait yaradılmasıdır. Bu nankorlar düzələn deyil, onların izi-tozu da Qarabağda olmamalıdır.
    3 years ago
  • Nata
    Ermənilərə Azərbaycanda yer yoxdur.Biz gələcək nəsillərə, yeni müharibələr mirası qoya bilmərik.Ən yaxsı erməni, ölü ermənidir.
    3 years ago