Ermənilər qorxu içində: “Azərbaycan hücum edəcək!”

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər qorxu içində: “Azərbaycan hücum edəcək!”

Siyasət

16 Avqust 2024 12:12 1488


Ermənistan tərəfinin təxribat xarakterli addımları və görüşlərdən boyun qaçırması sülh prosesinin gedişinə ciddi zərbə vurur. Hələ ilin əvvəlində rəsmi İrəvan sülh müqaviləsi ilə bağlı müsbət mesajlar verdiyi halda, sonrakı dövrdə buna əməl etmədi. Hazırda bəzi siyasi analitiklər iki ölkə arasında enişli-yoxuşlu formada davam edən sülh danışıqlarının dalana dirəndiyi fikrindədir. Hətta bəziləri yaxın gələcəkdə Üçüncü Qarabağ müharibəsinin olma ehtimalını da istisna etmirlər. 

Bəs görəsən həqiqətən Bakı və İrəvan sülh danışıqlarından xeyli uzaqdırmı? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, hazırki şəraitdə 2024-cü il ərzində sülh müqaviləsinin imzalanması real görünmür:  Dördpendirli pizza

“Ermənistan sülh prosesindən yayındı və böyük ümidlər var idi ki, 2024-cü ilin sonuna doğru yekun sülh müqaviləsi imzalansın. Bu şans böyük ölçüdə əldən çıxdı. Amma hələ də bəlli imkanlar var ki, ən azından çərçivə sənədi imzalansın. Çünki Ermənistan və onun arxasında duran havadarlarının əsas bəhanələrindən biri odur ki, guya Azərbaycan Ermənistana Zəngəzur dəhlizi ilə bağlı hücum edə bilər. Bu kimi yersiz ittihamların qarşısının alınması üçün Azərbaycan əslində daha rasional addımlar atır. Rəsmi Bakı Zəngəzur dəhlizinin açılmasını sülh müzakirələrindən ayıraraq, bunu ayrıca müzakirə mövzusuna çevirir”. 

Politoloqun fikrincə, İrəvanın sülhə nail olmaq üçün etməli olduğu bəzi öhdəliklər var: 

“İkinci məsələ Ermənistan və onun qanunvericilik aktları ilə bağlıdır. Ermənistanı dəstəkləyən qüvvələr bunu İrəvanın daxili işi adlandıraraq, Azərbaycanın təklifinə xoş olmayan münasibət göstərdilər. Azərbaycan tərəfi buna da obyektiv yanaşaraq, ilkin mərhələdə yekun çərçivə sənədinin imzalanmasını təklif etdi. ABŞ və Fransa kimi Ermənistanın arxasında olan dövlətlər bu məsələdə hansısa mövqe ortaya qoymayıb. Görünən odur ki, onlar erməniləri daha da silahlandırmaq və revanşist düşüncələrə dəstək verməklə, prosesə maneə olmağa çalışırlar. Məlum olduğu kimi, Azərbaycanın digər bir təklifi ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı idi. Lakin Ermənistan bundan boyun qaçırdı. Azərbaycan haqlı olaraq hesab edir ki, İrəvan Minsk qrupunun ləğvi ilə bağlı müraciət etməsə, bunu özünə qarşı ərazi iddiaları kimi qəbul edəcək. Əgər Ermənistan həqiqətən sülh istəyirsə, onda bütün bu məsələlərlə bağlı qətiyyətli və konkret addımlar atmalıdır”. 

Nazim Hacıyev 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!