Ermənilər Rusiyaya qarşı savaşa hazırlaşır - Sensasiya - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Ermənilər Rusiyaya qarşı savaşa hazırlaşır - Sensasiya - VİDEO

Siyasət

19 İyul 2024 15:39 706


Fransanın Ermənistana göndərəcəyi hərbi texnikanın ən böyük payı əslində Ukraynaya çatacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə erməni teleqram kanalları bildirib.

Məlumata görə, silah-sursatın kağız üzərində Ermənistana göndərildiyi bildiriləcək. Gerçəkdə isə hərbi texnika Avropa Sülh Fondu tərəfindən Ermənistan Respublikasının maraqları naminə alınacaq, lakin Fransa ərazisində formalaşdırılmış, təlim keçmiş və Ukraynada döyüşən erməni hərbi birləşmələrinə göndəriləcək. Toyuqlu pizza

Xatırladaq ki, iyulun 18-də Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Şurasının rəhbərliyi və Fransa prezidenti Emmanuel Makron arasında Londonda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində razılaşma əldə edilib. Razılaşmalara əsasən, Fransa Ermənistana 128 VAB zirehli transportyoru, 18 SEZAR özüyeriyən artilleriya qurğusu, 24 AMX-10RC yüngül tankı, o cümlədən tank əleyhinə sistemlər, yük maşınları və radar avadanlığı göndərəcək./Bakupost.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!