Keçən il ölkədə baş verən miqrasiya siyasətinin və siyasi dəyişikliklərin sərtləşməsindən sonra Ermənistan vətəndaşlarının Avropa İttifaqı ölkələrindən deportasiya tempi əvvəlki kimi qalmaqda davam edir.
“Yeni Sabah” Virtualaz.org-a istinadən xəbər verir ki, bu gün 40-dan çox insan çarter reysi ilə Almaniyadan deportasiya ediləcək. Bu, bir il ərzində artıq ikinci çarterdir.
"Hazırda siyasi sığınacaq almış vətəndaşlar da yola salınırlar. 2014-cü ildən Ermənistan və Avropa İttifaqı arasında razılaşma qüvvəyə minib. Həmin razılaşmaya əsasən, Ermənistan Avropa İttifaqı ölkələrinə girişin və ya orada yaşamanın qaydalarını pozan vətəndaşları geri qəbul etməlidir”, - deyə “168 jam”da qeyd olunub. Dominos pizza
Telegram kanalımız