“Ermənilərin etdikləri vəhşilikdir, cinayətdir” - Türkiyənin Baş Ombudsmanı

saytların hazırlanması

Evə çatdırılma

“Ermənilərin etdikləri vəhşilikdir, cinayətdir” - Türkiyənin Baş Ombudsmanı

Siyasət

22 Oktyabr 2020 23:18 1017


Türkiyənin Baş Ombudsmanı: "Haqsızlıqlar deyilmədikcə yalanlar doğruları üstələyər"

Yenisabah.az xəbər verir ki, bu sözləri Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Gəncə şəhərinə etdiyi səfər zamanı jurnalistlərə açıqlamasında bildirib.

"Mülki vətanşların ölümü ilə nəticələnən bu hadisələri törədənlər cəzasız qalmayacaqlar, onlar dünya qarşısında cavab verəsi olacaqlar. Bu bombaları günahsız insanların üzərinə atanlar daha rahat ola bilməyəcəklər, onlardan hesab soruşulacaq. Onlar bu gün də olmasa, sabah dünya qarşısında cavab verməli olacaqlar. Ermənilərin etdikləri vəhşilikdir, cinayətdir və dünya tarixində bu cür hallar heç vaxt bağışlanmayıb". Pepperoni pizza

Qeyd edək ki, Azərbaycanın İnsan Haqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç Gəncəyə gəlib. Burada erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış yaşayış binasının və evlərin ətrafına gül düzüb, qətlə yetirilənlərin ruhuna dualar oxuyublar.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!