ABŞ Konqresinin iki ermənipərəst nümayəndəsi Türkiyəyə dron texnologiyası satışına qadağa qoymağa çağırıb.
Yenisabah.az xəbər verir ki, demokrat David Çiçillin və respublikaçı Qas Bilirakis Dövlət Departamentini “Türkiyənin dron proqramlarının Cənubi Qafqaz və Şərqi Aralıq dənizi hövzəsində Asiyada sabitliyi pozan rolu ilə əlaqədar” rəsmi araşdırma aparılıncaya qədər ABŞ-a məxsus dron texnologiyası üçün ixrac lisenziyalarını dayandırılmasını istəyiblər.
Çiçillin və Bilirakis ABŞ Nümayəndələr Palatası üzvlərini dövlət katibi Entoni Blinkenə ünvanlanan məktuba imza atmağa çağırıblar. pizza mizza
Telegram kanalımız