“Ermənistan Azərbaycana beş rayonu verməklə müharibənin qarşısını ala bilərdi” - Paşinyan

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan Azərbaycana beş rayonu verməklə müharibənin qarşısını ala bilərdi” - Paşinyan

Siyasət

10 Noyabr 2020 19:35 2419


Müharibənin qarşısını almaq üçün Ermənistan Azərbaycana Qarabağ ətrafındakı beş rayonu verməli idi.

Yenisabah.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi Ermənistanın baş naziri Nikol Paşinyana istinadən yayıb.

Onun sözlərinə görə, erməni xalqı, çox güman ki, bu qərarı dəstəkləməyəcəkdi. Sezar pizza

“Müharibənin qarşısını almaq olardımı? Bəli, Qarabağ ətrafındakı beş rayonu Azərbaycana versəydik. Ancaq bu vəziyyətdə də Qarabağın statusu həll olunmazdı. Bunu sizdən soruşsaydım, mənə nə cavab verərdiniz. Qarabağ ətrafındakı bu əraziləri geri verərdinizmi? Düşünürəm ki, mən də daxil olmaqla heç kim razılaşmayacaqdı”, - deyə Paşinyan etiraf edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!