“Nazirlər Şurasının son toplantısından bu yana yalnız iki həftə bundan öncə Ermənistan və Azərbaycandan olan jurnalistlərin qarşılıqlı səfərləri kimi, humanitar sahədə müəyyən tədbirləri razılaşdıra və həyata keçirə biliblər”.
“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, siyasi proses durğunluq vəziyyətində qalarsa, bu cür addımlar heç bir nəticə verə bilməz: “Onlar əsaslı danışıqlar prosesini əvəz edə bilməzlər”.
Sonuncu Bratislava görüşü haqda məlumatlardan da belə məlum olur ki, Ermənistan hakimiyyəti qəsdən prosesləri pozmağa, danışıqların konkret mövzu üzərində aparılmasını istəmir və bütün cəhdlərini də buna yönəldib. pizza mizza
Paşinyan hökumətinin hətta ən amansız müharibədə tətbiq olunan girovların dəyişdirilməsindən imtina etməsi qeyri-humanizmdən daha çox gərginliyi artırmaq, Azərbaycanı sülh prosesindən imtina etməyə vadar etmək və bununla da Bakının aqressiv müharibə tərəfdarı obrazını yaratmağa xidmət edir.
Son zamanlar diplomatik cəbhədə uduzan Paşinyan hakimiyyətinin əlində yeganə vasitə Azərbaycanı aqressvi müharibə tərəfdarı kimi göstərmək, Bakını hərbi əməliyyatlara cəlb etməklə beynəlxalq səviyyədə İrəvana dəstək qazandırmaqdır. Paşinyanın son aylarda açıq-aşkar provokativ, müharibəyə səbəb ola biləcək açıqlamalarının alt məqsədi budur.
İndi isə Paşinyan hakimiyyəti Azərbaycanın seçkilərə getdiyi bir vaxtda müharibə ehtimalının azaldığını düşündüyü üçün provokativ cəhdlərini daha da gücləndirir.
Telegram kanalımız