Ermənistan Baş Prokurorluğundan Kamilin saxlanılmasına reaksiya

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan Baş Prokurorluğundan Kamilin saxlanılmasına reaksiya

Rəsmi

21 Fevral 2024 11:08 2164


Ermənistan Baş Prokurorluğu idmançı Kamil Zeynallının Moskvada saxlanılması ilə bağlı xəbərlərə münasibət bildirib. 

Yenisabah.az xəbər verir ki, bu barədə "Sputnik"in Ermənistan xidməti məlumat yayıb. 

Bildirilib ki, Ermənistan Baş Prokurorluğunda İrəvanın sorğusu əsasında Kamil Zeynallının Moskvada saxlanması ilə bağlı rəsmi məlumat yoxdur.  pizza mizza

Qeyd edək ki, tanınmış idmançı Kamil Zeynallı Ermənistanın tələbi ilə Moskvada saxlanıldığını bildirib. XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, məsələ Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarəti altındadır. “Vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir. Əlavə məlumat olarsa, bildiriləcək”, - məlumatda deyilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!