Ermənistan DİN-dən Kamil Zeynallı ilə bağlı AÇIQLAMA 

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan DİN-dən Kamil Zeynallı ilə bağlı AÇIQLAMA 

Rəsmi

21 Fevral 2024 13:16 2751


Moskvada saxlanılan azərbaycanlı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur. Musavat.com xəbər verir ki, bu iddia Ermənistan Daxili İşlər Nazirliyindən yerli mətbuata verilən açıqlamada irəli sürülüb. 

Ermənistan DİN mətbuat katibi Narek Sarkisyan bildirib ki, Kamil Zeynallı barədə onların qurumu tərəfindən dövlətlərarası axtarış elan olunub: “Göstərilən şəxsə qarşı qətl ittihamı ilə dövlətlərarası axtarış başlayıb”.

Ermənistan DİN rəsmisi Kamil Zeynallının qətldə təqsirli bilinərək axtarışa verildiyini bildirsə də, söhbətin hansı qətldən getdiyini açıqlamayıb. Belə görünür ki, Kamilə qarşı əllərində konkret fakt yoxdur, hazırda hansısa absurd ittihamlar uydurmaqla məşğuldurlar. Marqarita pizza

Ermənistan mətbuatı Kamilin Ramil Səfərov tərəfindən cəzalandırılan Qurgen Markaryanın qətlinin 20-ci ildönümündə həbs olunmasını xüsusi vurğulayır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!