“Ermənistan dinc şəhərlərə hücumlara son qoymalıdır“   - Belarus səfiri

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan dinc şəhərlərə hücumlara son qoymalıdır“ - Belarus səfiri

Siyasət

28 Oktyabr 2020 14:40 808


“Dinc sakinlər, uşaqlar, qocalar belə faciələrə düçar olmamalıdır”.

Yenisabah.az xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Gennadiy Axramoviç Gəncəyə səfəri zamanı jurnalistlərə bildirib.

“Gəncə şəhərinin sakinlərinə, bütövlükdə, Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, bu hücumlar zamanı yaralananlara şəfa arzulayıram. Ölənlərin xatirəsi daim yaşayacaq. Mən Azərbaycan şəhərlərinə hücumları dayandırmağa çağırıram. Bu şəhər döyüş bölgəsindən uzaqdadır, burada hərbi obyekt də yoxdur. Bu insanların günahı nədir?”, - diplomat ən qısa vaxt ərzində sülh danışıqlara başlamağın vacibliyini söyləyib. pizza sifarişi

“BMT-nin qətnamələri təcili surətdə yerinə yetirilməlidir. Bu, Azərbaycanın haqlı tələbidir. Azərbaycanın ərazi bütövlüyünə hörmət etmək şərtilə səmərəli danışıqlara qayıtmaq vacibdir”, - diplomat deyib. Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!