Ermənistan itkin düşən hərbçimizə cinayət işi açdı

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan itkin düşən hərbçimizə cinayət işi açdı

Rəsmi

28 Fevral 2024 12:45 3482


Ermənistan Milli Təhlükəsizlik Xidməti əlverişsiz hava şəraitində istiqaməti itirərək azan Azərbaycan hərbçisi barədə məlumat yayıb. 

Yenisabah.az xəbər verir ki, qurum hərbçimizin saxlanıldığını bilirib. 

Açıqlamada deyilir ki, fevralın 28-də saat 05:15 radələrində Azərbaycan-Ermənistan şərti sərhədinin Sünik vilayətinin Teğ kəndi istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi təmas xəttini keçib.  Toyuqlu pizza

Hərbçimizin Ermənistan ordusunun əsgərləri tərəfindən saxlanıldığı bildirilir. Hadisə ilə bağlı cinayət işi açılıb. 

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!