“Ermənistan konstitusiyasına dəyişiklik edilməsi düzgün və ədalətlidir”

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan konstitusiyasına dəyişiklik edilməsi düzgün və ədalətlidir”

Siyasət

21 İyul 2024 15:57 683


Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın öz konstitusiyasına dəyişikliklər etməli olması ilə bağlı mövqeyi düzgün və ədalətlidir.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Şuşada deyib.

“Konstitusiyasında ölkənizə qarşı ərazi iddiaları olan bir ölkə ilə necə sülh müqaviləsi bağlaya bilərsiniz? Bu, tam ziddiyyətdir”. Sezar pizza

Qusman əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın bunu artıq başa düşdüyünü göstərən məlumatlar görüb: “Bunun bütünlükdə Ermənistan cəmiyyətinin dəstəyini qazanmaması başqa məsələdir. Çünki bu, Ermənistan hakimiyyətinin işidir”.

“Prezident İlham Əliyevin mövqeyi aydındır, bu, tamamilə obyektivdir və beynəlxalq reallıqlara uyğundur”, - deyən Qusman qeyd edib ki, Ermənistan bu addımı atacaq.

“Bu, gec-tez baş verəcək. Çünki sülh etmək istədiyiniz ölkəyə qarşı konstitusiyanızda ərazi iddiası ola bilməz. Bu, mümkün deyil. Bu o deməkdir ki, Azərbaycanla Ermənistan arasında sülh olmayacaq və bu, yalnız Ermənistanın özü üçün pisdir. Ermənistan məğlub ölkədir, üstəlik, bütün parametrlərdə: iqtisadi, siyasi, hələ heç hərbi komponenti demirəm, Azərbaycandan çox zəifdir. Bu, 44 günlük müharibə zamanı sübuta yetirildi. Erməni cəmiyyəti uzun müddət mənfi ideoloji təsir altında idi, amma mənə elə gəlir ki, indi artıq ayılma prosesindədirlər”, - TASS-ın baş direktorunun birinci müavini vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!