Ermənistan Məclisində Azərbaycanla sərhədə dair MÜHÜM SƏNƏD

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan Məclisində Azərbaycanla sərhədə dair MÜHÜM SƏNƏD

Dünya

08 Oktyabr 2024 12:12 436


Sentyabrın sonunda Konstitusiya Məhkəməsinin təsdiqlədiyi Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası komissiyalarının əsasnaməsi ratifikasiya üçün Ermənistan Milli Məclisinə göndərilib.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, Əsasnamə 2 ay gec imzalanıb, mətn bir neçə gün sonra dərc olunub.

İcra orqanı izah edib ki, məzmunun açıqlanmasının ləngiməsi həm də prosesin Azərbaycanla maksimum sinxronlaşdırılması zərurəti ilə bağlıdır, lakin İrəvanın aşkar təlaşını nəzərə alaraq, Bakı bu prosesə hələ başlamayıb. Marqarita pizza

Bu sənədə əsasən, İrəvan və Bakı 1991-ci il Almatı Bəyannaməsi əsasında demarkasiyanın həyata keçirilməsinə razılıq verib, lakin razılaşma yekun sənəd deyil. Əsasnamədə deyilir ki, gələcəkdə sülh müqaviləsi qəbul edildikdən sonra proses başqa prinsiplərə uyğun ola bilər.

Reqlament 7 maddədən ibarətdir, əsasən proseslə bağlı texniki məlumatlar, ümumi formulalar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!