“Ermənistan münaqişənin coğrafi əhatəsini genişləndirməyə çalışır” - Hikmət Hacıyev

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan münaqişənin coğrafi əhatəsini genişləndirməyə çalışır” - Hikmət Hacıyev

Siyasət

16 Oktyabr 2020 14:42 816


“Ermənistan bütün vasitələrlə münaqişənin coğrafi əhatəsini genişləndirməyə çalışır”.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

“Ermənistan silahlı qüvvələri Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisinə raket zərbəsi endirib. Bu, Ermənistanın bütün vasitələrlə münaqişənin coğrafi əhatəsini genişləndirməyə çalışdığına dəlalət edir. Münaqişə bölgəsindən kənarda olan Azərbaycan şəhərlərinə raketlər atılır. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür”, - deyə H. Hacıyev qeyd edib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!