Ermənistan ordusunun hərbi qulluqçusu həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan ordusunun hərbi qulluqçusu həbs edildi

Dünya

09 Oktyabr 2024 22:20 882


Ermənistan ordusunun hərbi qulluqçusu bir neçə gün əvvəl əsgər yoldaşı Vaqe Arutyunyanı intihara sürükləməkdə şübhəli bilinərək həbs edilib.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

İstintaq cinayətdə iddia edilən hərbi qulluqçunun Arutyunyana qarşı qəddar davrandığını, şərəf və ləyaqətini alçaldan ifadələr işlətdiyini və onu döydüyünü müəyyənləşdirib. Vaqe Arutyunyan tabeliyindəki avtomat silahdan başına atəş açıb. Marqarita pizza

İlkin istintaq davam edir.

Qeyd edək ki, hadisə oktyabrın 6-da, yerli vaxtla saat 10 radələrində baş verib. Göyçə mahalının Basarkeçər (Vardenis) rayonu hərbi polis bölməsini yaydığı məlumata görə, artilleriya divizionunda xidmət edən Arutyunyanın meyiti atəş mövqeyindən təxminən 30 metr aralıda tapılıb. Onun başında güllə yarası aşkarlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!