Ermənistan parlamentində əsgər valideynlərinə hörmətsizlik

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan parlamentində əsgər valideynlərinə hörmətsizlik

Rəsmi

24 Noyabr 2023 16:09 1639


Artıq 4 saata yaxındır ki, 44 günlük müharibədə itkin düşən hərbçilərin valideynləri Ermənistan parlamentinin qəbul salonunda gözləyirlər.

Yenisabah.az “Past”a istinadla xəbər verir ki, valideynlər ya Milli Məclisin sədri Alen Simonyan, ya da vitse-spiker Ruben Rubinyanın qəbuluna düşmək istəyir. 

Valideynlər təxminən 3 ildir ki, eyni vəziyyətdədirlər. Onlar günlərlə, saatlarla, demək olar ki, bütün dövlət qurumlarının qapıları önündə etiraz aksiyası keçirərək, hakimiyyətdən itkin düşən övladlarının tapılmasını və dərhal vətənlərinə qaytarılmasını tələb ediblər. Marqarita pizza

Milli Məclisin qəbuluna toplaşan valideynlər “Biz bilirik ki, övladlarımız çirkin siyasi məqsədlər üçün əsir götürülüb” deyə şüarlar səsləndiriblər.

Parlamentə gələn vətəndaşlar başqa tədbirlərə əl atacaqlarını da açıqlayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!