“Ermənistan Qarabağdan çəkilməyə məcbur oldu” - Mustafa Şəntop

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan Qarabağdan çəkilməyə məcbur oldu” - Mustafa Şəntop

Siyasət

10 Noyabr 2020 09:51 799


“Azərbaycanın qanuni haqqı və qalibiyyəti nəhayət düşməni tərəfindən də qəbul edildi. Bu gözəl gecənin şanı əbədi olsun!”

Yenisabah.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Twitter sosial şəbəkəsindən yaydığı açıqlamada belə bildirib.

TBMM sədri qeyd edib ki, Ermənistan işğal edib qətiam törətdiyi Qarabağdan çəkilməyə və təslim olmağa məcbur qalıb: “Tarixin tragik bir səhifəsi Azərbaycan üçün zəfərlə başa çatdı. Bayraq və azan Qarabağda yenidən yüksəldi. Qardaş Azərbaycanın qəhrəman ordularının zəfərini ürəkdən təbrik edir, şəhidlərimizi bir daha rəhmətlə anıram”. Marqarita pizza

M.Şentop regionda sülhün və qələbənin tərəqqi edəcəyindən  məmnunluğunu ifadə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!