“Ermənistan rəhbərliyi doğrudan da sülh istəyirsə...” -   Ceyhun Bayramov

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan rəhbərliyi doğrudan da sülh istəyirsə...” - Ceyhun Bayramov

Siyasət

27 Oktyabr 2020 17:41 1202


“Beynəlxalq ictimaiyyətin lazımi praktik reaksiyasının olmaması Ermənistan tərəfində qələbə eyforiyası və hər şeyin mümkünlüyü ilə bağlı yalançı illüziya yaradıb”.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyanın “Milli müdafiə” jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, 27 sentyabr hadisələrinə səbəb olan amillər arasında beynəlxalq ictimaiyyətin kifayət qədər fəal olmayan mövqeyini də qeyd etmək lazımdır: “Azərbaycan ərazilərini hərbi işğal altında saxlamağa davam edən Ermənistan Azərbaycana qarşı təcavüz edərək beynəlxalq hüququ kobud şəkildə pozub. Hətta BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin qəbul edilməsi də Ermənistanın təcavüzünü dayandırmaq və onun nəticələrini aradan qaldırmaq üçün yetərli olmayıb”. pizza sifarişi

Nazir bir sıra beynəlxalq böhran və münaqişələrdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin çox operativ və tam şəkildə yerinə yetirildiyini xatırladıb.

“Ermənistanın təcavüzü məsələsində isə onlar, təəssüf ki, kağız üzərində qaldılar. Ermənistan BMT qətnamələrini yerinə yetirməkdən imtina etdi və dünyada heç kim təcavüzkar dövləti hesabat verməyə çağırmadı. Bu, ikili standartların tətbiq edilməsinin haqsız təcrübəsidir”, - C.Bayramov söyləyib.

“Paşinyan administrasiyası iki ildən çoxdur 27 sentyabr hadisələrinə doğru irəliləyirdi. Onları hər mərhələdə, növbəti təxribat xarakterli bəyanat və ya hərəkətdən sonra dayandırmaq olardı və bu, lazım idi. Bunun üçün bütün siyasi, diplomatik imkanlar var idi. Təəssüf ki, bu, baş vermədi. Əvəzində Ermənistan və Azərbaycana ünvanlanan, barışığa çağıran və tərəflər arasında tarazlığın qorunmasına yönəlmiş bitərəf bəyanatlar eşitdik. Bu yanaşma heç nəyə yaramadığını sübut etdi. Təcavüzkar ilə təcavüz qurbanını, işğalçı ilə işğal qurbanını müstəviyə qoymaq ədalətsizlik və səhvdir”, - XİN başçısı bildirib.

Nazir deyib ki, əsas məsələ Azərbaycan torpaqlarının işğalına son qoymaq, ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir:

"Ermənistan bu torpaqları işğal edib və onları qaytarmaqdan boyun qaçırır. Biz ATƏT-in himayəsində bu münaqişənin həlli üçün 1992-ci ildən, yəni 28 ildir danışıqlar aparırdıq, həmişə də bu formata sadiq olduğumuzu vurğulamışıq. Əfsuslar olsun ki, indiyədək Ermənistan tərəfindən konstruktiv yanaşma əlamətləri görməmişik. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, ATƏT və s. təşkilatların sənədlərini rədd edib. Ermənistan danışıqları hər vasitə ilə uzadaraq danışıqlar masasında əvvəl əldə edilmiş razılaşmalardan imtina edib, eyni zamanda münaqişə bölgəsində mütəmadi təxribatlar törədib. Bütün bunlar sonsuza qədər davam edə bilməzdi”, - deyə nazir vurğulayıb.

Ermənistana qarşı hər hansı ərazi iddialarının olmadığını diqqətə çatdıran nazir daha sonra bildirib: “Biz sərhədləri pozmur, onlara qarşı hərbi əməliyyatlar aparmırıq. Azərbaycan silahlı qüvvələri yalnız Azərbaycan ərazisində, ölkəmizin beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində fəaliyyət göstərir. Bizim fəaliyyətimiz BMT Nizamnaməsinin özünü müdafiə hüququnu təsbit edən 51-ci maddəsinə, beynəlxalq hüququn başqa təməl norma və prinsiplərinə söykənir.

Bir daha deyirəm, Azərbaycan tərəfinin başlıca məqsədi, amalı BMT Təhlükəsizlik Şurasının qətnamələrində, ATƏT-in qərarlarında nəzərdə tutulduğu kimi Azərbaycan Respublikasının suveren torpaqlarının işğalına son qoymaqdır. Ermənistan rəhbərliyi, doğrudan da, sülh istəyirsə, öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmağa başlasın”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!