“Ermənistan rəhbərliyini bir daha xəbərdar edirik” -   Prezidentin köməkçisi

saytların hazırlanması

Evə çatdırılma

“Ermənistan rəhbərliyini bir daha xəbərdar edirik” - Prezidentin köməkçisi

Siyasət

24 Oktyabr 2020 08:21 1017


"Ermənistanın bu kimi yalanları Xankəndidə olan beynəlxalq jurnalistlər tərəfindən də ifşa olunur. Hazırda Ermənistan və kriminal xuntanın nümayəndələri tərəfindən Azərbaycanın şəhərlərinin vurulması barədə iddialar səslənir. Bu döyüş meydanında Ermənistanın məğlubiyyəti və acizliyinin göstəricisidir".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Gəncə şəhərinə atdıq ları raketdən sonra döyüş meydanında Ermənistan silahlı qüvvələrinə vurulmuş zərbədən hələ özlərinə gələ bilməyiblər: Dördpendirli pizza

"Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bəyan edildiyi kimi əgər onlar bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə, onlara döyüş meydanında daha da sərt şəkildə cavab veriləcəkdir. Bu xüsusda, Ermənistanın müharibə cinayətləri törətmiş rəhbərliyini bir daha xəbərdar edirik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!