İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi "Müqəddəs mübarizə" hərəkatının tərəfdarı və parlamentin "Ermənistan" fraksiyasının deputatı Artur Sarkisyanın ev dustaqlığı müddətinin daha üç ay uzadılması barədə qərar qəbul edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
A.Sarkisyan 2025-ci il iyulun 9-dan həbsdə saxlanılırdı. 2025-ci il dekabrın 1-də o, ev dustaqlığına köçürülüb və 4 dekabr tarixli qərarla bu müddət 8 mart 2026-cı ilə qədər uzadılmışdı. pizza sifarişi
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, "Müqəddəs mübarizə" hərəkatının iştirakçıları və lideri ölkədə terror aktları törətməyi və hakimiyyətin ələ keçirilməsinə yönəlmiş hərəkətlər həyata keçirməyi planlaşdırıblar./Oxu.az
Telegram kanalımız