Ermənistanda Vazgen Sarkisyan adına Hərbi Universitetin yaxınlığında müdafiə nazirliyinin zabitləri ilə mülki şəxslər arasında baş verən bıçaqlanma nəticəsində 1 zabit ölüb.
Yenisabah.az “Hraparak”a istnadla xəbər verir ki, borcun qaytarılması tələbi ilə bağlı tərəflər arasında mübahisə düşüb.
Qarşıdurmada 5-i hərbçi olmaqla, 8 nəfər iştirak edib. Mübahisədə Baş leytenantlar Gevorq Marqaryan və David Sayadyana ağır bədən xəsarəti yetirib. Sonuncunun həyatını xilas etmək mümkün olmayıb. Marqarita pizza
Hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin uyğun maddələri üzrə cinayət işi başlanıb.
Telegram kanalımız