Ermənistanda Karapetyanın partiyasının tərəfdarları rüşvətə görə saxlanıldılar

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda Karapetyanın partiyasının tərəfdarları rüşvətə görə saxlanıldılar

Dünya

29 Aprel 2026 23:38 100


Ermənistanın Antikorrupsiya Mübarizə Komitəsi iş adamı Samvel Karapetyanın Güclü Ermənistan partiyasının beş tərəfdarının seçki rüşvəti vermə maddəsi ilə açılmış cinayət işi çərçivəsində saxlanıldığını bildirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Komitənin bəyanatında qeyd olunub ki, "Güclü Ermənistan" partiyası adından hərəkət edən bir qrup şəxsin iyun ayında keçiriləcək parlament seçkisində həmin siyasi qüvvəyə səs vermələri müqabilində bir sıra vətəndaşlara seçki rüşvəti verməsi barədə mötəbər məlumatlar əldə olunub.

Komitə əlavə edib ki, istintaq zamanı "Güclü Ermənistan" adından çıxış edən şəxslərdən birinin "seçki dövründə xeyriyyəçilik qadağası"nı pozduğu və vətəndaşları mitinqlərdə iştiraka təhrik etdiyi də müəyyənləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!