“Beş il sonra bu ixtisasların çoxu olmayacaq“ - Rektor

saytların hazırlanması

Evə çatdırılma

“Beş il sonra bu ixtisasların çoxu olmayacaq“ - Rektor

Sosial

29 Aprel 2026 12:48 181


"2030-cu ilə qədər indiki ixtisasların 30%-nin olmayacağı qənaəti var".

"Yeni Sabah" xəbər verir ki, bunu Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev deyib.

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) baş tutan "Dizayn Həftəsi"ndə çıxış edən rektor bildirib ki, 5 il sonra indi mövcud olan ənənəvi ixtisasların çoxu olmayacaq:

"Amma inkişafda olacaq ixtisaslar daha çox olacaq. Çünki süni intellekt ruhsal, yaradıcı ixtisasları əvəz edə bilməyəcək. Çünki onu da insan yaradıb. Ona görə də demək istəyirəm ki, gənclərimiz gələcəyə nikbin baxsın. Amma bütün sahələr kimi biz də qabaqcıl texnologiyanı tətbiq etməyin yollarını öyrənməliyik". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!