Abşeronda əməliyyatlar: 16 kq narkotik dövriyyədən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Abşeronda əməliyyatlar: 16 kq narkotik dövriyyədən çıxarıldı

Kriminal

29 Aprel 2026 12:18 108


Abşeronda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

"Yeni Sabah" DİN-ə istinadla xəbər verir ki, saxlanılan əvvəllər məhkum olunmuş Orxan Əliyevdən 3 kq 700 qram heroin və metamfetamin, Elçin Mehdiyevdən 5 kq 843 qram marixuana, heroin, metamfetamin, eləcə də 100 ədəd metadon həbi, Emil Abdullayevdən 2 kq 150 qram heroin, Gülzadə Əliyevadan 2 kq 200 qram heroin və metamfetamin, Mehdi Rzayev, Qahir Qarayev və Pərvanə Səfərovadan isə ümumilikdə 2 kq 763 qram marixuana, heroin və metamfetamin aşkarlanıb.

Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 16 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!