Ermənistanda kütləvi zəhərlənmə

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda kütləvi zəhərlənmə

Dünya

22 Dekabr 2024 13:35 380


Ermənistanın Vanadzor şəhərində kütləvi zəhərlənmə olub.

Yenisabah.az bu barədə “Report”a istinadən xəbər verir.

Məlumata görə, 10 nəfər zəhərlənib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. pizza

Araşdırmalar nəticəsində zərərçəkənlərin Vanadzor mərkəzi bazarının ərazisindəki fərdi sahibkar Rudik Alaverdyana məxsus iaşə məntəqəsində qidadan zəhərləndikləri məlum olub. Ərzaq məhsullarından nümunələr götürülüb, laboratoriya müayinəsi aparılıb. Yoxlama zamanı obyektin təsdiq edilmiş sanitariya və gigiyena normalarının pozulması ilə işlədiyi də məlum olub.

Obyektin fəaliyyəti dayandırılıb.

Qeyd edilir ki, laboratoriya analizinin nəticələri barədə əlavə məlumat veriləcək.

Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!