İyulun 1-dən etibarən Ermənistanda qapalı yerlərdə maska taxmaq koronavirusa qarşı peyvənd olunanlar üçün vacib deyil.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
"Peyvənd olunan vətəndaşlar üçün iyulun 1-dən etibarən qapalı yerlərdə maska taxmaq lazım olmayacaq". Sezar pizza
Məlumata görə, icazə 2 dozada peyvənd olunmuş, Elektron Sağlamlıq Sistemində (Armed E-Health) qeydiyyata alınan və QR kodu olan insanlara şamildir.
Hazırda Ermənistanda 225.095 koronavirusa yoluxma qeydə alınıb, 4514 nəfər xəstəlikdən ölüb.
Ermənistanda COVID-19-a qarşı “Sputnik V”, “AstraZeneca” və Çinin “CoronaVac” peyvəndi ilə vaksinasiya aparılır.
Rəsmi məlumatlara görə, 2,9 milyon nəfər əhalisi olan ölkədə indiyə qədər təxminən 80 min nəfərə peyvənd vurulub.
Telegram kanalımız