Ermənistanda nazirlik rəsmisi hərbi hissəni satıb

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda nazirlik rəsmisi hərbi hissəni satıb

Hadisə

13 Oktyabr 2021 01:55 842


Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxsi Lori vilayətinin Stepanavan rayonunda hərbi hissənin ərazisini satıb.

Yenisabah.az vestikavkaza.ru-ya istinadən xəbər verir ki, şübhəli şəxs vəzifə səlahiyyətlərindən istifadə edərək 2008-ci ilin martında keçmiş hərbi hissənin 6 hektardan çox ərazisini "xüsusi təyinatlı torpaqlar" adı ilə 58 milyon drama (təxminən 126 min dollar) satıb.

Daha sonra Daşınmaz Əmlak Kadastrı rəsmisi bu alqı -satqı müqaviləsi əsasında qanunsuz olaraq ərazinin statusunu "yaşayış məntəqəsi" olaraq dəyişərək torpaq sahəsinə mülkiyyət sənədi verib. pizza

Ümumilikdə hər iki dələduzluq faktı üzrə dövlətə 122 milyon dramadək (təxminən 250 min dollar) ziyan dəyib.

Faktla bağlı cinayət işi açılıb./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!