Ermənistanda Rusiya hərbçiləri təlim keçir

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda Rusiya hərbçiləri təlim keçir

Dünya

15 Oktyabr 2024 23:18 781


Rusiya Müdafiə Nazirliyinin Ermənistandakı Cənub Hərbi Dairəsinin hərbi bazasının “Alagöz” poliqonunda döyüş atəşləri ilə batalyon taktiki təlimlərinə start verilib.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.

Bildirilir ki, təlimlərdə hərbi qulluqçular tabor taktiki qrupuna daxil olan bölmələr arasında döyüş və qarşılıqlı fəaliyyətin təşkili üzrə tapşırıqları məşq edirlər. Pepperoni pizza

Diplomatik nümayəndəlikdən verilən məlumata görə, təlimlərin birinci mərhələsində döyüş hazırlığının ən yüksək səviyyəyə çatdırılması, cəmləşmə zonasına yürüş, komanda məntəqələrinin yerləşdirilməsi və təchiz edilməsi, texnikanın kamuflyaj edilməsi və yerləşdirilməsi, döyüş məntəqələrinin təşkili kimi tədbirlər həyata keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!