Ermənistanda Rusiya üstündə atışma olub, ölənlər və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda Rusiya üstündə atışma olub, ölənlər və yaralananlar var

Kriminal

20 İyun 2022 08:44 1279


Ermənistanın Araqasotn rayonunda atışma olub.

“Yeni Sabah” Report-a istinadən bildirir ki, hadisə ötən gün, yerli vaxtla saat 19:45-də Niqavan kəndində olub. Bir neçə nəfər arasında baş verən qarşıdurma silahlı insidentlə nəticələnib. Atışma zamanı 7 nəfər yaralanıb. Onlar xəstəxanaya çatdırılıb, lakin yaralılardan ikisi orada ölüb.

Bildirilir ki, yaralılardan ikisi ağır vəziyyətdədir. Qeyd edilir ki, atışma zamanı ov tüfəngindən istifadə olunub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Dördpendirli pizza

Polis insidentin məişət zəminində baş verdiyini bildirib. Hüquq-mühafizə orqanlarından qeyd edilib ki, atışma Rusiyadaxili məsələ ilə bağlı olub. Bununla belə, polis təfərrüatı açıqlamaqdan imtina edərək, hadisə barədə daha sonra ətraflı məlumat verəcəyini bildirib.

Ölənlərdən biri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşıdır. Atışma zamanı həlak olan daha bir nəfər - Amayak Mikaelyan isə hərbi qulluqçu olub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!