Ermənistanda sabiq nazir HƏBS EDİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda sabiq nazir HƏBS EDİLDİ

Dünya

10 Dekabr 2024 13:17 598


Ermənistanın sabiq fövqəladə hallar naziri, Milli Qəhrəman Andranik Piloyan 4 il 5 ay müddətinə həbs edilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

O, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin qərarı ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma, eləcə də külli miqdarda dələduzluqda təqsirli bilinib.  pizza hut

Keçmiş məmur həmçinin 3 il müddətinə müəyyən dövlət qulluğu tutma hüququndan məhrum edilib, əlavə olaraq 1 milyon 300 min dram məbləğində cərimə də tətbiq olunub./"Unikal"


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!