Ermənistanda sabitliyin yaranması üçün Paşinyan... -   Artur Vanesyan

saytların hazırlanması

Evə çatdırılma

Ermənistanda sabitliyin yaranması üçün Paşinyan... - Artur Vanesyan

Dünya

23 Aprel 2021 08:39 456


Ermənistanda iqtidarda olan rejimin hakimiyyətdən kənar edilməsi ölkədə sabitliyi qurmağa imkan verəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın müxalif Vətən Partiyası bəyan edib.

"İşgəncələri və qanunsuz saxlanılmaları qəti şəkildə pisləyirik, qeyri-qanuni saxlanılmış şəxslərin təcili azad olunmasını tələb edirik. Yenidən təsdiqləyirik ki, yalnız mövcud rejimin hakimiyyətdən dərhal kənarlaşdırılması ölkədə sabitlik və əmin-amanlığın bərqərar olmasına imkan verəcək”, - deyə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın rəhbərlik etdiyi partiya bildirib. Pepperoni pizza

"Ermənistanın baş naziri vəzifəsini tutan şəxsin Sünik əyalətinə səfəri daxili siyasi gündəmi dəyişdirməyə yönələn planlı təxribat idi", - partiyadan bildirilib.

Partiyada hesab edirlər ki, baş nazir Nikol Paşinyan ölkədəki "nisbi sabitliyi" pozub, o, cari və gələcək hadisələrə görə tam məsuliyyət daşıyacaq. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!