Ermənistanda koronavirusla bağlı son statistika açıqlanıb.
Yenisabah.az xəbər verir ki, məlumatı Ermənistanın Səhiyyə Nazirliyi yayıb.
Son sutkada koronavirusa 34 yoluxma qeydə alınıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 221 982-yə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 3 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 394-ə yüksəlib. Dominos pizza
Koronavirusa yoluxan 211 375 pasiyent sağalıb. Hazırda 4 394 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.
Telegram kanalımız