Ermənistandan sərhəd qalmaqalı haqda açıqlama: “Axtarış tədbirləri həyata keçirilir”

saytların hazırlanması

Evə çatdırılma

Ermənistandan sərhəd qalmaqalı haqda açıqlama: “Axtarış tədbirləri həyata keçirilir”

Dünya

27 Avqust 2021 14:40 1791


Ötən gün Azərbaycan Ordusunun əsgərləri tərəfindən qapadılan Gorus-Qafan yolu ilə bağlı müzakirələr davam edir.

Yenisabah.az xəbər verir ki, erməni mətbuatı Azərbaycanın ermənilərlə danışıqdan imtina etdiyini və müzakirəni rus hərbçiləri ilə apardığını yazıb:

“Azərbaycanın erməni tərəfi ilə danışıqlardan imtina etməsi Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun yaralanması ilə bağlıdır.  Marqarita pizza

Azərbaycanlıların mövqeyi hərbçilərinin "öz ərazisində yaralanması" məntiqindən irəli gəlir və bunu təxribat kimi qəbul edirlər. 

Təmaslar güclü emosional intensivliklə müşayiət olunur. İndi əsas vəzifə hər iki tərəfi də razı salacaq bir həll yolu tapmaqdır. 

Azərbaycan Dövlət Sərhəd Xidməti erməni tərəfinə onların döngələrindən birinə hücum edildiyi barədə məlumat verib. Hazırda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Azərbaycan tərəfinin verdiyi məlumatlarla əlaqədar əməliyyat-kəşfiyyat və axtarış tədbirləri  həyata keçirir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!