Ermənistan Azərbaycanla danışıqlar prosesində müəyyən ardıcıllığı təmin etməyə çalışır.
Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistan Mİlli Məclisinin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Sarkis Xandanyan bildirib.
O əlavə edib: "Qərb platformalarında əldə edilmiş əvvəlki prosesləri nəzərə alaraq, İrəvan danışıqların bu formatlar çərçivəsində davam etdirilməsini təmin etməsinə üstünlük verilir". pizza hut
Xandanyanın sözlərinə görə, əvvəllər xarici işlər nazirləri səviyyəsində bir neçə və iki ölkə liderləri Brüsseldə bir neçə dəfə görüşüblər. Bu görüşlərdə fundamental məsələlər razılaşdırılıb.
“Sülh müqaviləsi layihəsinin, eləcə də fundamental məsələlərin müzakirəsi əvvəlki dövrdə aparılıb. Ona görə də Ermənistan bəyan edir ki, burada səmərəlilik məsələsi var. Danışıqları davam etdirmək və sıfır nöqtəsinə qayıtmamaq çox vacibdir”, - deyə Xandanyan vurğulayıb.
Deputat xatırladıb ki, vaxtilə Rusiyanın vasitəçiliyi ilə 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat imzalanıb, lakin sonra onun bir çox bəndləri heç vaxt həyata keçirilməyib:
"Erməni tərəfi üçün isə birinci prioritet razılaşmaların həyata keçirilməsidir. Platformadan və formatdan asılı olmayaraq".
Telegram kanalımız